RU

Azərbaycanda qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
 
BAKU.WS lent.az-a istinadən xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb.
 
İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77-YD-327 dövlət qeydiyyat nişanlı "Mercedes-Benz E350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02-BU-150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyin oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub.
 
Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb.
 
Qeyd edək ki, R.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Избранный
79
17
baku.ws

10Источники