AZ

Qazi ağır qəza törətdi: 1 ölü, 5 yaralı

Ağdamda qazi ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədib.
BUTA.TVLent.az-a istinadla xəbər verir ki, hadisə Quzanlı-Əfətli avtomobil yolunda qeydə alınıb. İkinci Qarabağ müharibəsi iştirakçısı Rövşən Elşən oğlu Rüstəmov sürücülük hüququ olmadan idarə etdiyi 77 YD 327 dövlət qeydiyyat nişanlı "Mersedes-Benz E350" markalı avtomobillə yolun əks istiqamətində hərəkətdə olan, 02 BU 150 dövlət qeydiyyat nişanlı, Vidadi Hüseyn oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə toqquşub. Nəticədə VAZ-2106 avtomobildə olan qadın sərnişinlərdən biri ölüb, sürücü V.Əliyev, digər 4 sərnişin müxtəlif dərəcəli xəsarətləri alıb.

Qeyd edək ki, R.Rüstəmov "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
6
17
buta.tv

10Mənbələr