RU

Salyanda qəza: Bir ailənin üç üzvü xəsarət alıb

Salyanda qəza: Bir ailənin üç üzvü xəsarət alıb

Salyanda ağır yol-nəqliyyat hadisəsi baş verib, bir ailənin üç üzvü xəsarət alıb.

"Report"un məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir ailənin üz üzvü, Neftçala rayonunun Şorkənd kənd sakinləri - 1990-cı il təvəllüdlü Şahzadə Əlvan qızı Göyçayeva, 2008-ci il təvəllüdlü Fatimə Rasim qızı Göyçayeva, 2010-cu il təvəllüdlü Abuzər Rasim oğlu Göyçayev və Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Rəşad Azər oğlu Babayev müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Избранный
82
8
sonxeber.az

9Источники