AZ

Salyanda yol qəzasında bir ailənin 3 üzvü xəsarət alıb

Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar
Salyanda ağır yol qəzası baş verib, bir ailənin 3 üzvü xəsarət alıb. AYNA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində bir ailənin üz üzvü, Neftçala rayonunun Şorkənd kənd sakinləri - 1990-cı il təvəllüdlü Göyçayeva Şahzadə Əlvan qızı, 2008-ci il təvəllüdlü Göyçayeva Fatimə Rasim qızı, 2010-cu il təvəllüdlü Göyçayev Abuzər Rasim oğlu və Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Babayev Rəşad Azər oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Seçilən
103
8
ayna.az

9Mənbələr