Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab bərabərləşib.
"Far.Az" xəbər verir ki, Çexiya millisinin üzvü Tomaş Suçek 66-cı dəqiqədə bərabərliyi təmin edib - 1:1.
Türkiyə yığmasından 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
Gürcüstan yığması 2:0 hesabı ilə öndədir. Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısının torunu silkələyib. Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
00:23
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Gürrcüstan - Portuqaliya matçında ikinci qol vurulub.
"Far.Az" xəbər verir ki, Gürcüstan millisinin üzvü Georgi Mikautadze 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən fərqlənərək hesab arasındakı fərqi 2 topa çatdırıb.
Digər qolu isə Xviça Kvaratsxeliya 2-ci dəqiqədə rəqib qapısından keçirib.
Çexiya - Türkiyə görüşündə Türkiyə millisi hesabda 1:0 öndədir. 51-ci dəqiqədə Hakan Çalhanoğlu fərqlənib.
00:15
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə matçında hesab açılıb.
"Far.Az" xəbər verir ki, Türkiyə millisi 51-ci dəqiqədə Hakan Çalhanoğlunun qolu ilə hesabda önə keçib.
Gürcüstan yığması isə üstünlüyünü qoruyub saxlayır - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
00:05
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ikinci hissə başlayıb.
"Far.Az"un məlumatına görə, Çexiya - Türkiyə matçında hələlik qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
23:48
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda III turun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ilk hissə başa çatıb.
"Far.Az"un məlumatına görə, Çexiya - Türkiyə matçında qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
23:22
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatında F qrupunun III turunun Türkiyə ilə matçında azlıqda qalıb.
"Far.Az"un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
23:09
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun Gürcüstan - Portuqaliya oyununda hesab açılıb.
"Far.Az"un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında F qrupunun III turunun Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.
"Far.Az" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.
Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.