Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarında ilk hissə başa çatıb.
"Far.Az"un məlumatına görə, Çexiya - Türkiyə matçında hələlik qol vurulmayıb.
Gürcüstan yığması isə hesabda öndədir - 1:0.
Xviça Kvaratsxeliya 2-ci dəqiqədə fərqlənib.
23:22
Çexiya millisi Almaniyada təşkil olunan Avropa çempionatının F qrupunun III turunda Türkiyə ilə matçında azlıqda qalıb.
"Far.Az"un məlumatına görə, 20-ci dəqiqədə Antonin Barak ikinci sarı vərəqəni alaraq meydandan qovulub.
Qeyd edək ki, hazırda görüşdə hesab açılmayıb.
23:09
Almaniyada təşkil olunan Avropa çempionatının F qrupundakı Gürcüstan - Portuqaliya oyununda hesab açılıb.
"Far.Az"un məlumatına görə, 2-ci dəqiqədə gürcüstanlı Xviça Kvaratsxeliya fərqlənib.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin III turu çərçivəsində F qrupunda Çexiya - Türkiyə və Gürcüstan - Portuqaliya matçlarına start verilib.
"Far.Az" xəbər verir ki, oyunlar müvafiq olaraq Hamburqdakı “Folksparkştadion"da və Helzenkirhendəki "Feltins Arena"da keçirilir.
Çexiya - Türkiyə matçını rumıniyalı İştvan Kovaç, Gürcüstan - Portuqaliya qarşılaşmasını isə isveçrəli Sandro Şörer idarə edir.
Hər iki qarşılşama 23:00-da başlayıb.