RU

ABŞ ölkədəki həkimlərə danq qızdırması ilə bağlı xəbərdarlıq edib

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədəki həkimlərə danq qızdırması hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib. Bizimyol.info xəbər verir ki, CDC-dən edilən yazılı açıqlamada, ABŞ-da danq qızdırması hallarının artması riskinin olduğu bildirilib. Açıqlamada bütün ölkələrdə danq qızdırmasına yoluxma hallarının artdığı, yanvarın 1-dən iyunun 24-dək ABŞ-a səfər edənlər arasında 745 danq qızdırmasına yoluxma faktının aşkarlandığı bildirilib. Mərkəzdə bildirilib ki, 1 yanvar - 24 iyun tarixləri arasında Amerika qitəsində 9,7 milyondan çox danq qızdırması hadisəsi qeydə alınıb ki, bu da bütün 2023-cü ildə bildirilən hadisələrin sayından iki dəfə çoxdur. Həkimlər qızdırması olan və xəstəliyin əlamətləri görünməzdən əvvəl 14 gün ərzində danq qızdırmasının çox olduğu bölgələrdə olmuş insanlara xəstəliyin olması etimalını nəzərə almağa çağırıb və belə hallarda diaqnostik testlərin 14 gün ərzində aparılmalı olduğu bildirilib. Bəyanatda danq qızdırması hallarının vaxtında dövlət səhiyyə orqanlarına bildirilməsinin vacibliyi və xəstəliyin geniş yayıldığı ərazilərdə yaşayan və ya ziyarət edənlər arasında ağcaqanad dişləməsinin qarşısının alınması tədbirlərinin təbliğinin vacib olduğu qeyd edilib. Tropik və subtropik bölgələrdə baş verən denq qızdırması virusu insanlara ağcaqanadlar vasitəsilə ötürülür. İnkubasiya dövründən sonra yüngül hərarətə səbəb olan xəstəlik bəzi hallarda ölümlə nəticələnə bilər. Ümumiyyətlə "yağışlı dövrlər" kimi tanınan mart, iyun, sentyabr və dekabr aylarında belə hallar artır. Alimlər xəbərdarlıq edir ki, yüksək temperatur və uzun sürən yağışlar malyariya və denq qızdırması daşıyan ağcaqanadların artmasına səbəb olur. Xəstəliyə səbəb olan ağcaqanad növləri su hövzələrində sürfələr yaratdığından, xüsusilə sənaye mühitlərindəki zibilliklərin daim dezinfeksiya edilməsi lazımdır. Qadir, Bizimyol.info

Избранный
71
1
bizimyol.info

6Источники