ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) ölkədəki həkimlərə dang qızdırması hallarına qarşı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, bütün ölkələrdə dang qızdırması halları artır. Son 6 ay ərzində ABŞ-a səfər edənlər arasında 745 yoluxma faktının aşkarlandığı bildirilib.
Açıqlamada vurğulanıb ki, 6 ay içində Amerika qitəsində 9,7 milyondan çox dang qızdırması hadisəsi qeydə alınıb ki, bu da bütün 2023-cü ildə bildirilən hadisələrin sayından iki dəfə çoxdur.
Bəyanatda dang qızdırması hallarının vaxtında dövlət səhiyyə orqanlarına bildirilməsi və xəstəliyin ümumi olduğu bölgələrdə yaşayan və ya ziyarət edənlər arasında olduğu qeyd edilib.