Elm və Təhsil Naziri Emin Əmrullayev Əməkdar artist Aybəniz Haşımovanı Fəxri Fərmanla təltif edib.
Bu barədə sənətçi sosial şəbəkədə hesabında bildirib. Haşımova Fəxri Fərmanın fotosunu paylaşaraq nazirə təşəkkürünü bildirib:
"Hörmətli, dəyərli, Cənab nazir Emin Əmrullayev! Yaradıcısı olduğum Sənət Akademiyasının yetirmələrinə verdiyiniz dəyərə, diqqət, qayğıya görə sizə bütün heyətimiz adından təşəkkür edirəm, minnəttdaram!".