AZ

Pezeşkian Fəridin anasına cavab verib?

“İranın yeni seçilən azərbaycanlı Prezidenti kimi müraciət edirəm. Oğlum Fərid Səfərli 2023-cü il iyulun 1-dən İran həbsxanasında heç bir günahı olmadan cəza çəkir. Bu müddətdə dəfələrlə səhhətinə problemlər yaranıb və ölkəmizə qaytarılması üçün müraciət etmişik. Təəssüf ki, onun azadlığa çıxması məsələsinə baxılmayıb. Sizdən oğlum Fərid Səfərlinin azad edilərək Azərbaycana qatarılmasına yardımçı olmağınızı xahiş edirəm".

Bunu İranda həbsdə saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası bir müddət əvvəl Məsud Pezeşkiana etdiyi müraciətdə bildirmişdi.

Dilarə Əsgərova "Cebheinfo.az"-ya bügünkü açıqlamasında bildirib ki, müraciəti hələ cavablandırılmayıb.

Bununla yanaşı, Dilarə Əsgərova oğlu Fəridlə həftədə 2 dəfə danışdığını bildirib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərli 2023-cü il fevralın 20-də İrana səfər edib. Ondan xəbər alınmaması ilə bağlı müraciət Xarici İşlər Nazirliyinə martın 9-da daxil olub. Fərid Səfərli İrana səfərindən bir müddət əvvəl Almaniyanın Yena şəhərinə praktika üçün gəlmiş İran vətəndaşı olan bir qadınla tanış olub.

O, praktikası başa çatdıqdan sonra İrana qayıdıb. Buna baxmayaraq, onlar arasında telefon əlaqəsi olub. Onlar qərarlaşıblar ki, İstanbulda görüşsünlər. Fərid İstanbula gedib və bu zaman onun tanış olduğu qadının vizası düzəlməyib. Bundan sonra Fərid İstanbuldan İrana gedib. Uzun müddət Fərid Səfərlinin taleyindən məlumat almaq mümkün olmayıb. Yalnız 2023-ü il iyunun 1-də onun İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. Sonradan ona qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.Məhkəmə Fərid Səfərli barəsində 2 il həbs hökmü çıxarıb. Fərid Səfərli məhkəmədə ittihamı və hökmü qəbul etməyib. Tehranın Apellyasiya Məhkəməsi Fərid Səfərli ilə bağlı hökmdən verilən apellyasiya şikayətini təmin etməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
3
turkustan.az

10Mənbələr