RU

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs eyni əmələ görə yenidən saxlanılıb

Ağcabədidə

Bakı, 26 iyun, AZƏRTAC

Mağazadan oğurluq edən Nahid Hüseynov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
22
21
azertag.az

10Источники