AZ

Mağazadan oğurluq edən keçmiş məhkum yaxalanıb

Image

Mağazadan oğurluq edən keçmiş məhkum Nahid Hüseynov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Mətləb






Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
21
baki-xeber.com

10Mənbələr