AZ

Ağcabədidə oğurluğa görə əvvəllər məhkum olunmuş şəxs yenidən saxlanılıb

Mağazadan oğurluq edən Nahid Hüseynov Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Doğru.az-a bildirilib ki, onun tütün məmulatları və içki məhsulları oğurlamaqla mağaza sahibinə maddi ziyan vurduğu müəyyən edilib. Oğurlanmış məhsulların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
30
21
dogru.az

10Mənbələr