RU

Qərbi Azərbaycan Xronikası: "Qafqaz anlayışı 19-cu əsrdə yaranıb"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "Azərbaycanda yaranmış ilk Oğuz dövləti - İşquz çarlığı" adlı veriliş efirə gedib.
Verilişdə araşdırmaçı Əkbər Nəcəf Qafqazın tarixi və aborogen əhalisi haqqında danışıb, Çin-fars mənbələrində Qafqaz regionunun əhalisi və dövlətçilik tarixi ilə bağlı maraqlı faktları açıqlayıb.
Onun sözlərinə görə, Qafqaz anlayışı 19-cu əsrdə yaranıb:
"Türklər tarix boyunca bu areal içərisində qabaran dənizlər kimi bəzən genişləniblər, bəzən də kiçiliblər. Qafqazın ilk dəfə adı İşqulili, yəni İşquzeli şəklində çəkilib. Türklərin at üstündə oxla döyüşməyi onları yenilməz edib. Türk əslində bir etnik kimlik deyildir, daha çox bir idarə edici kimliyin adıdır".
O deyib ki, urartululara erməni demək tarixi yanlışlıqdır:
"Skiflər içərisində hakim ünsür türklər olublar. Skiflərin, Hunların, Oğuzların inancları eyni idi".
Süjetdə həmçinin Azərbaycandakı Səlcuq hökmdarı Yağıbasanın "Bizans xalqı qadınlaşmışdır, ona görə bu coğrafiyaya ələ keçirmə haqqımız vardır" fikirlərinə yer verilib, Qaraqoyunlu - Qara hunlar niyə "Qara", Ağqoyunlu - Ağ hunlar niyə "Ağ" adlanırdı suallarına da aydınlıq gətirilib.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
17
23
oxu.az

10Источники