RU

Türk ordusu yeddi terrorçunu zərərsizləşdirilib

Bakı,TurkicWorld

Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarlanan dörd PKK/YPG terrorçusu, “Pençe-Kilit” əməliyyatı bölgəsində isə üç PKK terrorçusu zərərsizləşdirilib.

TurkicWorld xəbər verir ki, bu barədə TÜrkiyə Milli Müdafiə Nazirliyindən məlumat verilib.

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində müəyyən etdikləri dörd PKK/YPG terrorçusunu, “Pəncəyə kilidləmə əməliyyatı” bölgəsində isə müəyyən etdikləri üç PKK terrorçusunu zərərsizləşdirib”,- deyə nazirlikdn bildirilib.

Qeyd edək ki, keçdiyimiz günlərdə Türkiyənin Müdafiə Naziri Yaşar Güler Türkiyə Silahlı Qüvvələrinin istənilən vaxt əməliyyatlar apara biləcəyini həmçinin PKK-nın Suriyadakı pirat dövlət müəssisələrinin qarşısını alacaqlarını demişdir.

“Sərhəd təhlükəsizliyimizi təmin etdikdən sonra geri çəkilməyi düşünə bilərik”,- deyə nazir sonda vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
34
turkic.world

10Источники