AZ

Kılıçdaroğlu Sinan Oğanı təhqir elədi, azərbaycanlı jurnalistə veridyi müsahibəni xatırlatdı: "Sənə ayaqqabı belə boyatmaram" - "Sən "Donuz bağçılar"ın ortağı, siyasi tacirsən..."

Vaxtilə Azərbaycanda işləmiş Sinan Oğanın 2023-cü il prezident seçkiləri dövründə CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu ilə görüşünün detallarını açması böyük rezonans doğurub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki,  onun "Kamal Kılıçdaroğlu mənə vitse-prezident postu və üç nazirlik təklif etdi” sözlərinə isə qarşı tərəfin cavabı gecikməyib.

Sosial media hesabında Sinan Oğnaın iddialarını təkzib edən Kılıçdaroğlu onu ağır ittihamlar ünvanlayıb, şəxsiyyətini alçaldaraq təhqir edib:  "Sənə 3 nazirlik və vitse-prezidentlik vermək bir yana qalsın, heç boyatmağa ayaqqabı belə verməzdim! Sən "donuz bağçıları" (Türkyədə siyasi kriminal qrup kimi adları bir çox səs-küylü cinayətlərdə hallanıb- Mia.az) terrorçuların ortağı, pula can atan siyasi tacir və sadiq bir B.O.P. agentisən...".

CHP-nin sabiq sədrinin Sinan Oğana xitabən paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Samir Musayev

MİA.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
21
34
mia.az

10Mənbələr