AZ

Türkiyədə mənzillərin kirayəsinin artırılmasına qoyulan məhdudiyyət ləğv edildi

Türkiyə hökuməti iyulun 1-dən mənzillərin kirayə qiymətinə qoyulan iyirmi beş faizlik məhdudiyyəti aradan qaldırıb. 

Valyuta.az xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb.

Bu, ev sahiblərinə icarə qiymətlərini istehlak qiymətləri indeksi ilə müəyyən edilmiş hədlər daxilində və inflyasiya əsasında artırmağa imkan verəcək.

Türkiyə hakimiyyəti kirayə haqqının artırılması ilə bağlı qoyulmuş məhdudiyyəti 2024-cü ilin iyul ayına qədər uzatdıqda ev sahibləri buna qarşı çıxıblar. Onların fikrincə, icarə haqqı müəyyən edilərkən illik inflyasiya nəzərə alınmalıdır ki, bu da yanvarda 64,86% təşkil edib.

Fevral ayında məlum olub ki, Türkiyə hakimiyyəti 2024-cü il iyulun 1-dən mənzil kirayə haqqının artırılmasına qoyulan 25%-lik məhdudiyyəti aradan qaldırmağa hazırlaşır və bundan sonra onu uzatmayacaq. Bu barədə Ədliyyə naziri Yılmaz Tunç məlumat verib.

İlin əvvəlindən Türkiyə turistlərə lisenziyasız mənzil kirayə verənlərə görə cərimələr tətbiq etməyə başlayıb. Yanvarın 1-dən turistlərə 100 gündən az müddətə mənzil kirayə vermək istəyənlər müvafiq lisenziya almalıdırlar. Söhbət Mədəniyyət və Turizm Nazirliyinin lisenziyasından gedir.

Nicat

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
19
34
valyuta.az

10Mənbələr