RU

Meydançaya girərək Ronaldo ilə şəkil çəkdirmişdi - UEFA-dan azyaşlı azarkeşə görünməmiş cəza

\"Avro-2024\" futbol turniri çərçivəsində keçirilən Türkiyə-Portuqaliya matçında meydana çıxaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı türk azarkeşə UEFA tərəfindən ağır cəza verilib.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə UEFA-dan açıqlama verilib.
 
Açıqlamada 10 yaşlı Berat Uluğun AVRO-2024-də yerdə qalan bütün oyunlardan azarkeş kimi uzaqlaşdırılacağı bildirilib.

UEFA rəsmisi tərəfindən azyaşlı azarkeşlə bağlı bunları deyib:
 
\"Meydançaya icazəsiz girmək və stadiondan qovulmaq qaydaların kobud şəkildə pozulmasıdır. Bütün turnir oyunlarına qadağa qoyulması və icazəsizliyə görə rəsmi cinayət işi açılacaq. 12 yaşına çatmamış uşaqlar üçün cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin onu müşayiət edən böyüklər biletin alınması şərtlərinə uyğun olaraq uşağın stadion qaydalarına əməl etməsinə cavabdehdir”.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
43
7
azxeber.com

10Источники