AZ

Ronaldo ilə selfi çəkən uşağa UEFA "ağır cəza" verdi - FOTO

2024-cü il Avropa Futbol Çempionatında Türkiyə-Portuqaliya matçında meydançaya tullanaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat Uluğa UEFA tərəfindən ağır cəza verilib.

Adalet.az xəbər verir ki, UEFA-nın verdiyi açıqlamada Beratın AVRO-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağı bildirilib.

Qeyd edək ki, Berat Uluğ AVRO 2024 F qrupunun ikinci matçı olan Türkiyə - Portuqaliya matçında meydançaya tullanaraq Ronaldo ilə şəkil çəkdirmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdı.

Açıqlamada həmçinin bildirilir ki, Berat azyaşlı olduğu üçün ona qarşı cinayət işi açılmayacaq./lent.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
2
adalet.az

10Mənbələr