AZ

Ronaldo ilə selfi çəkən uşağa UEFA "ağır cəza" verdi - FOTO

2024-cü il Avropa Futbol Çempionatında Türkiyə-Portuqaliya matçında meydançaya tullanaraq Kriştiano Ronaldo ilə şəkil çəkdirən 10 yaşlı Berat Uluğa UEFA tərəfindən ağır cəza verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, UEFA-nın verdiyi açıqlamada Beratın AVRO-2024-də bütün oyunlardan uzaqlaşdırılacağı, heç bir oyuna buraxılmayacağı bildirilib.

Qeyd edək ki, Berat Uluğ AVRO 2024 F qrupunun ikinci matçı olan Türkiyə - Portuqaliya matçında meydançaya tullanaraq Ronaldo ilə şəkil çəkdirmiş, daha sonra isə qaçaraq oradan uzaqlaşmışdı.

Açıqlamada həmçinin bildirilir ki, Berat azyaşlı olduğu üçün ona qarşı cinayət işi açılmayacaq.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
milli.az

10Mənbələr