U-20 basketbol millimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.
“Football-plus.az” xəbər verir ki, yığmamız iyunun 20-dən komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.
İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.
Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarateri daşıyır.
Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək qədər davam edəcək.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта