AZ

Azərbaycan basketbolçuları təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, iyunun 20-dən milli komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.

Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarateri daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək davam edəcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
5
90deqiqe.az

10Mənbələr