RU

İdmanAzərbaycan basketbolçuları təlim-məşq toplanışının ikinci mərhələsinə start verib

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycanın U-20 basketbol millisi təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, iyunun 20-dən milli komandamız Memarlıq və İnşaat Universitetinin idman zalında təlim-məşq toplanışının ikinci mərhələsinə başlayıb.

İspaniyalı baş məşqçi Alberto Blankonun rəhbərliyi ilə hazırlıq prosesində taktiki və texniki, hücum-müdafiə planları üzərində çalışılıb. Taktiki hazırlıqlarda yığmamızın köməkçi məşqçiləri Zaur Paşayev və Anar Hacıyev də yaxından iştirak ediblər.

Hazırlıq prosesi iyulun 12-dən 21-dək Rumıniyanın Piteşti şəhərində keçiriləcək Avropa çempionatının B divizionunun oyunlarına hazırlıq xarateri daşıyır.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi iyulun 4-dək qədər davam edəcək.

BAKU.WS

Избранный
107
5
far.az

10Источники