24 iyun 2024-cü il tarixində Bakı Fond Birjasında “GL” ASC-nin buraxılış həcmi 150,000 (yüz əlli min) manat dəyərində olan yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı:“GL” ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2022020286
İstiqrazın növü və forması: İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu: Birqiymətli hərrac
İstiqrazın sayı: 150 (ədəd)
İlkin ticarət qiyməti: 1,000 manat
Buraxılış həcmi: 150,000 manat
Hərrac qiyməti: 1,000 manat
İllik gəlirlilik faizi: 12%
Reallaşdırılmış həcm: 150,000 manat
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə): 150,000 manat
İnvestor sayı: 7
Sifariş sayı: 7
Ödəmə Periodu: Hər ayda bir dəfə (hər bir ayın 30 (otuz) günü olduğunu qəbul etmək şərti ilə)
Tədavül müddəti: 5 il
İstiqrazların ödəmə tarixi: 24.06.2029
Anderrayter: “İNVEST-AZ İnvestisiya şirkəti” QSC