RU

Konor Makqreqor karyerasını BİTİRMƏYƏCƏK

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor karyerası ilə bağlı qərarını açıqlayıb.

İdman.biz xəbər verir ki, irlandiyalı karyerasını bitirməyəcəyini deyib.

O bildirib ki, müqaviləyə əsasən 2 döyüşü var və bunları keçirəcək: “Azarkeşlər buna layiqdirlər və biz məqsədə yaxınlaşırıq. Düzdür, konsentrasiyanı itirdim, məşqdə özümü qoruya bilmədim. Zədələndim. İndi bir neçə həftə gözləmək lazımdır. Nə komandam, nə də azarkeşlər qarşısında özümə haqq qazandıra bilmirəm. Növbəti dəfə 100 faiz hazır olacam. Mən qayıdacağam. Müqaviləmin bitməsinə iki döyüşüm qalıb”.

Qeyd edək ki, zədə səbəbindən Makqreqorun UFC 303-də Maykl Çendlerə qarşı görüşü baş tutmayıb. Bundan sonra UFC-nın prezidenti Konorun karyerasını bitirəcəyini bildirmişdi.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
42
14
idman.biz

10Источники