AZ

Konor Makqreqor karyerasını bitirməyəcək

Bakı. Trend:

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiqçempionu Konor Makqreqor karyerası ilə bağlı qərarınıaçıqlayıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, irlandiyalı karyerasını bitirməyəcəyinideyib.

O bildirib ki, müqaviləyə əsasən, 2 döyüşü var və bunlarıkeçirəcək:

“Azarkeşlər buna layiqdirlər və biz məqsədə yaxınlaşırıq.Düzdür, konsentrasiyanı itirdim, məşqdə özümü qoruya bilmədim.Zədələndim. İndi bir neçə həftə gözləmək lazımdır. Nə komandam, nədə azarkeşlər qarşısında özümə haqq qazandıra bilmirəm. Növbətidəfə 100 faiz hazır olacam. Mən qayıdacağam. Müqaviləmin bitməsinəiki döyüşüm qalıb”.

Qeyd edək ki, zədə səbəbindən Makqreqorun UFC 303-də MayklÇendlerə qarşı görüşü baş tutmayıb. Bundan sonra UFC-nin prezidentiKonorun karyerasını bitirəcəyini bildirmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
17
14
az.trend.az

10Mənbələr