Tanınmış İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor Avro 2024-ü xüsusi bir maraqla izləyir.
Ednews "El Confidencial"-a istinadən xəbər verir ki, Makqreqor idman mərc oyunlarına maraq göstərərək Cristiano Ronaldo-nun turnirin ən yaxşı bombardiri olacağına 60.000 avro dəyərində bir mərc oynadı və 14-ə 1 əmsalla, bu, 900.000 avro qazanc gətirə bilər.
Portuqaliya Çexiyaya 2-1 hesabı ilə qalib gəlsə də, Ronaldo bu günə qədər turnirdə qol vura bilməyib.
Mikayıl Abdullayev