Qadın futbolçulardan ibarət yığmamızın Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, B Liqasının 1-ci qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla olacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
12 iyul
Azərbaycan - Macarıstan
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hakimlər briqadası Xorvatiyadandı)
"Liv Bona Dea Arena". Saat 20.00.
16 iyul
İsveçrə - Azərbaycan
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hakimlər briqadası Slovakiyadandı)
"Olimpik De La Pontez" stadionu. Saat 21.00.
Qeyd edək ki, son iki tur ərəfəsində millimiz 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədi.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта