RU

Alimpaşa Məmmədova hökm oxundu - 11 il 6 ay

Korrupsiyaya görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Son sözündə içərdə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssəsində keçirəcək.

Qeyd edək ki, 2014-cü ildən həbs edilən günə kimi 7 il Şəmkirin icra başçısı işləmiş Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn A.Məmmədov 3 il 2 aydır həbsdədir.

Yunis Quliyev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
196
5
qafqazinfo.az

6Источники