AZ

Alimpaşa Məmmədova hökm oxundu – Ağır cəza verildi

Korrupsiya cinayətinə görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Son sözündə içəridə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.

Qeyd edək ki, 2014-cü ildən həbs edilən günə kimi 7 il Şəmkirin icra başçısı işləmiş Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn A.Məmmədov 3 il 2 aydır həbsdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
5
7times.az

6Mənbələr