AZ

Alimpaşa Məmmədova hökm oxundu - 11 il 6 ay

Korrupsiya cinayətinə görə həbs edilən Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun məhkəməsi başa çatıb.Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.Hökmə əsasən, Alimpaşa Məmmədov vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə, mənimsəmədə, rüşvət almaqda və cinayət yolu ilə əldə edilmiş dövlət vəsaitini leqallaşdırmaqda təqsirli bilinərək 11 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.Son sözündə içəridə dayana bilmədiyini, azadlığa çıxıb Qarabağa getmək istədiyini deyən eks-icra başçısı 11 il 6 ayını ümumi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək.Qeyd edək ki, 2014-cü ildən həbs edilən günə kimi 7 il Şəmkirin icra başçısı işləmiş Alimpaşa Məmmədov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) icra hakimiyyətlərində keçirdiyi silsilə əməliyyatlar ərəfəsində tutulmuşdu. İşlədiyi vaxtlarda mütəmadi olaraq gündəmə gələn A.Məmmədov 3 il 2 aydır həbsdədir.














Paylaş:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
5
regionxeberlericom.az

6Mənbələr