Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.
Missiya.Az-ın məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.