AZ

İdmanAVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

SİZİN REKLAM BURADA!055 213 76 73

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.

***18:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.

Çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

***17:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.

45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Georges Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

***17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulunn14-də başa çatacaq.

BAKU.WS

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
7
far.az

10Mənbələr