AZ

AVRO-2024: Gürcüstan - Çexiya oyununda qalib müəyyənləşməyib - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Adalet.az-ın məlumatına görə, günün ilk matçında Gürcüstan və Çexiya yığmaları üz-üzə gəliblər.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Gürcüstanlı Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltidən fərqlənib. 59-cu dəqiqədə Patrik Şik tarazlığı bərpa edib.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

 

***18:26

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci qol vurulub.

Adalet.az xəbər verir ki, çexiyalı hücumçu Patrik Şik 59-cu dəqiqədə tarazlığı bərpa edib - 1:1.

18:07

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda ikinci hissə başlayıb.

Adalet.az xəbər verir ki, hazırda Gürcüstan yığması hesabda öndədir - 1:0.

Jorj Mikautadze 45+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

***18:05

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupundakı Gürcüstan - Çexiya oyununda hesab açılıb.

Adalet.az-ın məlumatına görə, 45+4-cü dəqiqədə Gürcüstan seçməsi hesabı açıb.

Georges Mikautadze penaltini dəqiq yerinə yetirib.

Matçın ilk hissəsi bu hesabla başa çatıb.

 

***17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının F qrupunda II tura start verilib.

Adalet.az xəbər verir ki, Gürcüstan - Çexiya oyunu Bakı vaxtı ilə saat 17:00-da başlayıb.

Matçı almaniyalı Daniel Zibert idarə edir.

Qeyd edək ki, Gürcüstan seçməsi ilk matçda Türkiyəyə (1:3), Çexiya isə Portuqaliyaya (1:2) uduzub.

Bu gün saat 20:00-da Türkiyə - Portuqaliya görüşü gerçəkləşəcək. AVRO-2024 iyulun 14-də başa çatacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
7
adalet.az

10Mənbələr