![Azərbaycanın](https://azertag.az/files/2024/2/1200x630/1718976527227512857_1200x630.jpg)
Bakı, 21 iyun, AZƏRTAC
İyunun 28-29-da Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, San Loren Dü-Var şəhərinin çimərliyində təşkil olunacaq yarışda Azərbaycanı 3 idmançı təmsil edəcək.
Dünya çempionu İbrahim Yusubov yenə 90 kiloqramda mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kiloqramda qüvvəsini sınayacaq. 70 kiloqramda isə debütant güləşəcək. U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə çimərlik güləşində debüt edəcək.