AZ

Çimərlik güləşi: İbrahimlə Ramizin növbəti, Rəşidin ilk sınağı

Azərbaycanı Fransada keçiriləcək çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti mərhələsində 3 idmançı təmsil edəcək.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, iyunun 28-də və 29-da Fransada çimərlik güləşi üzrə Dünya Seriyasının 2024-cü il mövsümünün 2-ci mərhələsi baş tutacaq. San Loren Dü-Var şəhərinin çimərliyində keçiriləcək yarışda ölkəmizi 3 idmançı təmsil edəcək.

Dünya çempionu İbrahim Yusubov yenə 90 kq-da mübarizə aparacaq. Dünya mükafatçısı Ramiz Həsənov bu dəfə 80 kq-da qüvvəsini sınayacaq. 70 kq-da isə debütant güləşəcək. U-23 Avropa çempionatının gümüş medalçısı Rəşid Babazadə çimərlik güləşində debüt edəcək.

Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının cari mövsümünün ilk mərhələsi bu ilin martında Meksikada təşkil edilsə də, Azərbaycan güləşçiləri həmin yarışa qatılmayıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
62
8
arena.az

10Mənbələr