20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə AccessBank QSC-nin buraxılış həcmi 5 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı | AccessBank QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN | AZ2005004281 |
İstiqrazın növü və forması | İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması | Kütləvi/Rəqabətli |
İstiqrazın sayı | 5000 (ədəd) |
İlkin ticarət qiyməti | 1,000 manat |
Buraxılış həcmi | 5,000,000 manat |
İllik gəlirlilik faizi | 10% |
Ödəmə Periodu | İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir |
Tədavül müddəti | 18 ay |
Ticarətə buraxılma tarixi | 28.06.2024 |
Anderrayter | ABB-İnvest İ.Ş QSC |