Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bəzi ölkələrdə 2-ci tip şəkərli diabet və piylənmənin müalicəsində istifadə olunan saxta dərmanlarla bağlı tibbi məhsul xəbərdarlığı edib.Manset.az xarici mediaya istinadən xəbər verir ki, “ÜST-nin Qlobal Nəzarət və Monitorinq Sistemi (GSMS) 2022-ci ildən bəri bütün coğrafi bölgələrdə saxta semaqlutid məhsulları ilə bağlı məlumatların artdığını müşahidə edir”, - ÜST-ün dünənki açıqlamasında vurğulanıb. Bu, bəzi hesabatların təsdiqindən sonra ÜST tərəfindən verilən ilk rəsmi bildirişdir. Semaqlutidlər 2-ci tip diabetli insanlara qan şəkərinin səviyyəsini aşağı salmaq, ürək-damar xəstəlikləri riskini azaltmaq və arıqlamaq üçün təyin olunan dərmanlar kimi tanınır, çünki onlar da iştahı yatırırlar. Onlar hazırkı yüksək qiymətlərinə görə ÜST-ün diabetin idarə olunması üçün tövsiyə etdiyi müalicələrin bir hissəsi deyil. ÜST bu səbəblərdən dərmanlara tələbatın artdığını və saxta istehsalın da eyni sürətlə artdığını bildirərək, saxta dərmanların insan sağlamlığına zərərini bildirib.