RU

Qurban Berdıyev "Turan Tovuz"la neçə illik müavilə imzalayacaq?

"Turan Tovuz" klubunun yeni baş məşqçisi Kurban Berdıyevlə imzalayacağı müqavilənin müddəti bəlli olub.

Prosport.Az xəbər verir ki, türkmənistanlı mütəxəssis 2+1 illik sözləşməyə imza atacaq.

71 yaşlı çalışdırıcının iyunun 21-də Azərbaycana gələcəyi, 3 gün sonra isə onun rəhbərliyi altında təlim-məşq toplanışının start götürəcəyi bildirilib.

Qeyd edək ki, Kurban Berdıyev "Turan Tovuz"un sükanı arxasında Ayxan Abbasovu əvəzləyib. Tanınmış mütəxəssisin son klubu Dağıstanın "Dinamo" (Mahaçqala) komandası olub.

Избранный
75
10
prosport.az

10Источники