AZ

Berdıyev üç gün gecikəcək

Kurban Berdıyevin iyunun 18-də Bakıya gələcəyini və həmin gün “Turan Tovuz”un onunla müqavilə bağlayacağını xəbər vermişdik.

Kurban Berdıyev gəldimi? Mətbuat konfransı, təqdimat olacaqmı? Bu sualları “Turan Tovuz”un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibova ünvanladıq:

“Kurban Berdıyev iyunun 21-də gələcək. İyunun 24-də isə komandamız yığışacaq. Ona görə də təqdimat olub-olmayacağı barədə dəqiq nəsə deyə bilmirəm. Çünki aradakı zaman azdı. Yəqin ki, 1-2 gün ərzində qərar veriləcək”.

ƏSƏD SEYİDOV
Seçilən
102
10
football-plus.az

10Mənbələr