"Turan Tovuz"un Kurban Berdiyevlə müqavilə imzalayacağını vaxt bəlli olub.

Offsideplus.az xəbər verir ki, rusiyalı mütəxəssis iyunun 18-də Bakıya gələcək. Həmin gün məşqçi ilə rəsmi müqavilə imzalanacaq. Bu məlumatı "RİA Novosti"yə açıqlamasında "Turan Tovuz"un İdarə Heyətinin üzvü Əli Balakişiyev təsdiqləyib.

Qeyd edək ki, Berdiyevin son klubu Mahacqala "Dinamo"su olub.