RU

Keniyada etiraz aksiyasının gedişində 200 nəfər yaralanıb

Keniyada

Bakı, 21 iyun, AZƏRTAC

Keniyada vergi artımına qarşı aksiyalarda etirazçılarla polis arasında baş verən toqquşmalar zamanı ən azı 200 nəfər yaralanıb, 100-dən çox nümayişçi isə həbs edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Amnesty International və Keniya Tibb Assosiasiyasının daxil olduğu insan haqları qruplarının alyansı məlumat yayıb. Hüquq müdafiəçiləri aksiyanın keçirildiyi ərazidə döyüş patronları gilizlərinin aşkar edildiyini bildiriblər. “Daily Nation” qəzeti isə Nayrobidə bir nəfərin güllə yarasından öldüyünü yazıb.

Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu dövlət borcunun həcmini azaltmaq üçün Keniya hökumətini büdcə gəlirlərini artırmağa çağırıb. Qanunvericilər bununla bağlı layihəni iyunun 20-də ikinci oxunuşda müzakirə ediblər. Yekun səsvermənin isə iyunun 25-də baş tutacağı gözlənilir.

İyunun 18-də Keniyada əlavə vergilərin tətbiqinə qarşı etirazlar başlayıb. İyunun 20-də nümayişlər ölkənin bütün ərazisinə, o cümlədən Kilifi, Kisumu, Nakuru, Nyeri, Mombasa, Eldoret kimi iri şəhərlərə yayılıb. Etirazçılar bu qərarın iqtisadiyyata zərər vuracağını və onsuz da dolanmaqda çətinlik çəkən əhalinin yaşayış xərclərini artıracağını deyirlər. Bir müddət öncə Keniya polisi minlərlə insanın iştirakı ilə paytaxt Nayrobinin mərkəzində keçirilən nümayişi dağıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
12
azertag.az

10Источники