AZ

Kayseri hadisəsindən Suriyada təxribat materialı kimi istifadə edilməsi doğru deyil

 

  Türkiyə Kayseridəki cinayətdən sonra baş verən və barəsində məhkəmə prosesi aparılan kədərli hadisələrin ölkə hüdudlarından kənarda təxribatlar üçün material kimi istifadə edilməsinin düzgün olmadığını bildirib.

  Türkiyə Xarici İşlər Nazirliyi Suriyanın şimalında baş verənlərlə bağlı “X” sosial media hesabında açıqlama verib: "Dövlətimizin şübhəli şəxs barəsində məhkəmə prosesini apardığı bir cinayətdən sonra Kayseridə baş verən kədərli hadisələri sərhədlərimizdən kənarda bəzi təxribatlara əsas kimi istifadə etmək düzgün deyil. Türkiyənin Suriya xalqının rifah üçün səyləri üçün prinsipial mövqeyi hər şeydən üstündür”.

  Qeyd edək ki, Kayseridə suriyalı qohumu olan uşağa cinsi təcavüz etdiyi səbəbiylə saxlanılan adam həbs edilmiş, hadisəyə qarşı şəhərdə etiraz baş qaldırmışdı.



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
20
23
trt.net.tr

10Mənbələr