AZ

Keniyada iğtişaşlarda ölənlərin sayı 39-a çatıb

Keniyada hökumət əleyhinə etirazlarda azı 39 nəfər ölüb, 361 nəfər yaralanıb.Elchi.az xəbər verir ki, bu barədə Keniyanın İnsan Haqları üzrə Milli Komissiyasının bəyanatında deyilir.Həmçinin 32 nəfər itkin düşüb, 627 nəfər saxlanılıb.Bundan əvvəl Keniya prezidenti Uilyam Ruto etirazlar zamanı 19 nəfərin öldüyünü bildirmişdi.İyunun 18-də Nairobidə vergi artımına qarşı etirazlar başlayıb, iyunun 25-də vəziyyət gərginləşib. İyunun 26-da Keniya prezidenti mübahisəli qanun layihəsini geri götürsə də, etirazçılar hökumətin istefasını tələb edərək küçələrə çıxıblar.Növbəti etiraz aksiyaları iyulun 2-nə planlaşdırılıb.Havar Şəfiyeva 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
2
elchi.az

10Mənbələr