RU

Pakistanda Quranı təhqir edən şəxs diri-diri yandırılıb

Pakistanda

Bakı, 21 iyun, AZƏRTAC

Pakistanın şimal-qərbində Quranı təhqir etməkdə şübhəli bilinən şəxs yerli əhali tərəfindən linç edilərək yandırılıb.

AZƏRTAC xəbər verir ki, “Pakistan Today” qəzeti bu barədə yerli polis orqanlarına istinadla məlumat yayıb.

Hadisə cümə axşamı Xeybər-Pahtunhva əyalətinin Svat dairəsində yerləşən Madyan rayonunda baş verib. Yüzlərlə insan küfrdə şübhəli bilinən şəxsin saxlanıldığı polis məntəqəsinə hücum edərək oranı yandırıb. Hücum edənlər həmin şəxsi polisin əlindən alaraq öldürüblər. Qarşıdurma nəticəsində yaralanan 11 nəfər xəstəxanalara aparılıb.

Hökumət orqanları asayişi bərpa etmək üçün Madyan rayonuna xüsusi təyinatlı qüvvələr yeridilib. Hadisə ilə bağlı təhqiqat başlanılıb.

Qeyd edək ki, 1987-ci ildən 2022-ci ilədək Pakistanda Quranı təhqir edən 89 nəfər məhkəməsiz qətlə yetirilib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
47
34
azertag.az

10Источники