Füzuli-Ağdam yolunda minik avtomobili traktorla toqquşub, ölənlər var.
Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 18 radələrində Füzuli-Ağdam yolunda sürücü K.Mustafayev VAZ markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarında dayanan traktora dəyib. Klinikalar
Nəticədə sürücü və sərnişini M.Musədirov hadisə yerində həyatını itiriblər.
Araşdırma aparılır.
Telegram kanalımız