RU

Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etməyəcək.

E-huquq.az xəbər verir ki, nazirliyin mətbuat katibi Ani Badalyan "Armenpress"ə açıqlaması zamanı nazir Mirzoyanın KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iyunun 21-də Almatıda keçiriləcək iclasında iştirak etməyəcəyini bildirib.

Qeyd edək ki, baş nazir Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.

Избранный
64
19
e-huquq.az

10Источники