AZ

Ermənistan KTMT-nin iclasında iştirak ETMƏYƏCƏK

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan KTMT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Almatıda keçiriləcək iclasında iştirak etməyəcək.

Ednews xəbər verir ki, bu barədə “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Qeyd edək ki, iyunun 21-də Almatıda Qazaxıstan Baş nazirinin müavini - xarici işlər naziri Murat Nurtleunun sədrliyi ilə KTMT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək.

İclasda beynəlxalq və regional təhlükəsizliyin aktual məsələlərinin müzakirəsi planlaşdırılır. Görüşün yekununda KTMT-nin fəaliyyətinin daha da təkmilləşdirilməsinə yönəlmiş sənədlərin imzalanacağı, bir sıra siyasi bəyanatların qəbul ediləcəyi gözlənilir.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan fevralda İrəvanın təşkilatda iştirakının “dondurulduğunu” elan etmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
19
ednews.net

10Mənbələr