RU

Ukraynadan PUA hücumu: Azovda neft çənləri yanır (VİDEO)

Rostov vilayətinin Azov şəhərində Ukrayna PUA-sının hücumu nəticəsində neft məhsulları olan çənlər yanıb.

Qaynarinfo xəbər verir ki, bu haqda Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram-da yazıb.

"Azovda PUA-nın hücumu nəticəsində neft məhsulları olan çənlər yanıb, ilkin məlumatlara görə, tələfat yoxdur. Fövqəladə Hallar Nazirliyinin bölməsi açıq alovun söndürülməsini təşkil edib”, - o qeyd edib.

Rusiya Fövqəladə Hallar Nazirliyi 5000 kubmetr neft məhsulunun yandığını bildirib.
"Hadisə yerinə 73 mütəxəssis və 21 texnika cəlb olunub”, - məlumatda bildirilir.

Alpər
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
91
9
qaynarinfo.az

10Источники