AZ

Ukrayna Rostovda neft məhsulları zavodunu vurdu...-Yanğını söndürə bilmirlər...-VİDEO

Rusiyanın Rostov vilayətində Novoşaxtinski neft məhsulları zavodunda silsilə partlayışlar baş verib və yanğın başlayıb. Yanğınsöndürənlər ikinci hücum təhlükəsi səbəbindən yanğını söndürə bilməyiblər.
Moderator.az "Ukrainskaya pravda" nəşrinə istinadla xəbər verir ki, bu haqda  yerli telegram-kanallara Rusiyanın Rostov vilayətinin qubernatoru Vasili Qolubev danışıb.
 
Rusiya mediası yazır ki, zavod dronlarla vurulub. Qolubev də təsdiqləyib ki, Novoşaxtinski neft məhsulları zavodu dronlarla vurulub.
 
Nəticədə zavodda yanğın baş verib. Təcili yardım xidmətləri hadisə yerindədir.
 
Yerli hakimiyyət orqanlarının ilkin məlumatlarına görə, yanğın zavodun 50 kvadratmetr sahəsini əhatə edib.  Yanğının söndürülməsinə 120 nəfərə yaxın canlı qüvvə və 15 texnika cəlb olunub.
 
Təkrar edilən hücuma görə işlər dayandırılıb.
 
Bundan əlavə, yanğını söndürmək üçün yanğınsöndürmə qatarının istifadəsi hazırlanır.

 

S.Laçın
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
9
moderator.az

10Mənbələr